Slimfit
  1. DÜNYA

Ermənistanın mina xəritələrini təqdim etməməsi ilə bağlı Co Baydenə ÇAĞIRIŞ

Ermənistanın mina xəritələrini təqdim etməməsi ilə bağlı Co Baydenə ÇAĞIRIŞ
Sakura

Ermənistanın mina xəritələrini təqdim etməməsi ilə bağlı Co Baydenə ÇAĞIRIŞ

“ABŞ-ın hazırki prezidenti Co Bayden Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “Defense One” mətbu orqanında dərc edilən məqaləsində qeyd edilib.

O bildirib ki, Azərbaycan və Ermənistanın 44 gün davam edən Vətən Müharibəsindən sonra razılıq əldə etməsindən aylar keçsə də, Ermənistan tərəfi azad olunmuş ərazilərimizdə yerləşdirdiyi minalararın xəritəsini təqdim etməkdən boyun qaçırır:

“Bu da günahsız insanları ölümə məhkum etməkdir. 2020-ci ilin noyabr ayından etibarən 20 Azərbaycan mülki şəxsi Qarabağda mina partlayışı nəticəsində həlak olub, 85 nəfər isə yaralanıb. Orada mina partlaması nəticəsində həyatını itirənlərin əksəriyyətinin öz doğma torpaqlarına geri dönməyə tələsən məcburi köçkünlərdir”.

Səfir qeyd edib ki, beynəlxalq ictimaiyyətin susması Ermənistanı piyada və tank əleyhinə minaların xəritələrini gizli saxlamağa şərait yaradıb:

“ABŞ Prezidenti Co Bayden və onun administrasiyası Ermənistanın siyasi və hərbi rəhbərliyini işğaldan azad edilmiş ərazilərimizdəki minaların xəritələrini təqdim etməyə məcbur etməlidir. Mülki şəxslərin həyatına olan təhlükə iqtisadi inkişaf, davamlı sülh və qaçqınların geri dönməsinə əngəl yaradır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR