Slimfit
  1. DÜNYA

Ermənistanın işğalçılıq siyasəti BMT dərgilərində çap olundu

Ermənistanın işğalçılıq siyasəti BMT dərgilərində çap olundu
Sakura

Ermənistanın işğalçılıq siyasəti BMT dərgilərində çap olundu

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Cenevrə İnsan Haqqları ofisindəki nümayəndəsi Osma Əl Haccın Ermənistanın Azərbaycana qarşı təcavüzü haqda məqaləsi Cenevrədə nəşr olunan Diva Diplomat və dünyanın bir çox ölkələrində dərc olunaraq yayılan Qlobal Beynəlxalq Diplomat jurnallarında işıq üzü görüb. Bu barədə BAMF prezidenti Umud Mirzəyev məlumat verib.

2002-ci ildən nəşr edilən Qlobal Beynəlxalq Diplomat jurnalı diplomatların, dünyanın məşhur insanlarının, bankirlər, xarici işlər nazirləri, beynəlxalq təşkilatlar, qeyri hökumət təşkilatları, iş adamları, incəsənət adamlarının fikirlərini ifadə edən beynəlxalq jurnaldır. Jurnal BMT-nin Cenevrə, Nyu York və Paris qərargahları daxil olmaqla bütün ofislərində ingilis, ispan və fransız dillərində  çap olunur. https://divainternational.ch/armenia-discredits-the-authority-of-united-nations-security-council-by.html

Jurnalda dərc olunan məqalədə  Ermənistanın  Azərbaycana qarşı təcavüzkar siyasəti, beynəlxalq hüququn prinsiplərinə məhəl qoymaması, qaçqın və məcburi köçkünlərin hüquqlarının kobud şəkildə pozulması, etnik təmizləməyə dair hüquqi təhlillər yer alıb.  BAMF nümayəndəsi məqaləsində Ermənistanın Tovuz istiqamətindəki təxribatına da beynəlxalq hüququn kobud şəkildə pozulması prizmasından yanaşır, beynəlxalq ictimaiyyəti BMT qurumlarını və BMT Təhlükəsizlik Şurasını beynəlxalq hüququn normalarının pozulmasına səssiz qalmamağa çağırıb.

http://internationaldiplomat.com/archives/4615

“Ermənistanın təcavüzkarlığına qarşı qəbul edilmiş BMT qətnamələrinə bu ölkəninn məhəl qoymamasını BMT nizamnaməsinin 2 və 3-cü maddələrinin eləcə də Beynəlxalq Humanitar Hüququn əsas müddəalarının kobud şəkildə pozulması və BMT sisteminə hörmətsizlik hesab edirəm. Artıq beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının beynəlxalq hüquq və humanitar hüquqa hörmət etməsi üçün Ermənistana təzyiqlər göstərməyinin vaxtı çatıb” Osman Əl Hacc nəşr olunan məqaləsində qeyd edib.

Osman Əl Hacc artıq 2 ildir ki, BMT-nin Cenevrə ofisində  ECOSOC-un Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunu təmsil edir. Tripoli universitetinin professoru olan Osman Əl Hacc, bir müddət həmin universitetin İnsan haqqları Mərkəzinə rəhbərlik edib. Bundan əlavə, professor Əl-Həcc 1994-cü ildən 1997-ci ilə qədər BMT-nin ayrı-seçkiliyə qarşı və azlıqların müdafiəsi üzrə alt Komissiyasının məruzəçisi kimi fəaliyyət göstərib. 2009-cu ildən 2015-ci ilə qədər İnsan Hüquqları Şurasının məcburi itkin düşmüş şəxslərin hüquqları üzrə İşçi Qrupun müavini vəzifəsində çalışıb. Osman Əl-Həcc Cenevrə Universitetinin Beynəlxalq Hüquq üzrə doktorudur.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR