Slimfit
  1. DÜNYA

Ermənistanın ilk baş naziri: “Tariximizin biabırçı səhifələrindən birini yaşayırıq”

Ermənistanın ilk baş naziri: “Tariximizin biabırçı səhifələrindən birini yaşayırıq”
Sakura

Ermənistanın ilk baş naziri: “Tariximizin biabırçı səhifələrindən birini yaşayırıq”

Ermənistanın ilk baş naziri və ikinci müdafiə naziri, “Milli Demokratik Birlik” partiyasının sədri Vazqen Manukyan Ermənistan hökumətini istefaya çağırıb.

Ens.az xəbər verir ki, Qafqazinfo Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, bu barədə öz müraciətində bildirib.

“Bu gün tariximizin biabırçı səhifələrindən birini yaşayırıq. Ermənilərin gələcəyi olan Ermənistan da təhlükə altındadır. Vəziyyəti dəyişdirmək, geri dönüş etmək mümkündürmü? Bəli! Ancaq mövcud hökumətlə yox. Bu hökumət istefaya getməlidir. Yeganə xilas budur. Əks təqdirdə hər şeyi itirə bilərik”, - deyə Manukyan qeyd edib.

Xatırladaq ki, müzəffər Ordumuz qarşısında məğlub olan Ermənistanda daxili vəziyyət gərginləşməkdə davam edir. Paşinyan, demək olar ki, hər gün çıxışlarında uduzduqlarını xalqa etiraf edir. Aciz durumda qalan baş nazir qadınları belə döyüşə çağırır.

Erməni mətbuatı hakimiyyətin indi ciddi təlaş içində olduğunu vurğulayır. Ölkədə çevriliş təhlükəsi var. Faktiki olaraq bütün millət Paşinyandan, onun komandasından izahatlar tələb edir.

Onlar  diplomatik cəbhədə necə və nə zaman məğlub olduqlarını başa düşmək üçün müharibənin başa çatmasını gözləyirlər. Cəbhədə artan itkilər xalqı Paşinyan iqtidarına qarşı daha qəzəbli edir. Ona qarşı artıq istefa tələbləri səslənməyə başlayır. Paşinyanın elan etdiyi ümumi səfərbərlik öz əsgərlərini məhv etməyə hesablanıb. 

Bir müddət əvvəl Ermənitan parlamentinin “Mənim Addımım” fraksiyasının deputatı Kristine Poğosyanın son günlərdə siyasi müxaliflərə ünvanlanmış təhdidləri də bunu təsdiq edir. O, müxaliflərə müraciət edərək bildirirdi ki, müharibədən sonra onlar öz hallarını görəcəklər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR