Ermənistanın iki aviaşirkəti AB-yə uçuş hüququndan məhrum edildi. Afrikaya silah daşıyırmışlar
Ens.az bildirir ki, Ermənistanın Baş naziri Nikol Pashinyan bəzi erməni aviaşirkətlərinin artıq Avropaya uçuş edə bilməyəcəyini - Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin və digər Avropa Birliyinin nəzarət orqanlarının yoxlamalarından sonra bu hüquqlarını itirdiklərini söyləyib.
Paşinyanın sözlərinə görə, belə bir nəticə gözlənilən idi, çünki “erməni qeydiyyatı olan təyyarələr Afrika ölkələrində qanunsuz fəaliyyətlə məşğul olublar”.
Qeyd edək ki, təyyarələrin silah ticarəti üçün istifadə olunduğu və “bütün bunların erməni korrupsiya dairələri ilə əlaqəli olduğu” bildirilir.
Artıq bununla bağlı bir sıra faktlar üzrə Ermənistanda da cinayət işləri açılıb.
Ermənistan Mülki Aviasiya Komitəsi iki erməni aviaşirkəti üçün Avropaya uçuşların qadağan olunmasının müvəqqəti olacağına ümid edir və bu məhdudiyyətin AB üzvlərindən başqa ölkələrə şamil edilmədiyini vurğulayıb.
Mənbə: rambler.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət