Slimfit
  1. MEDİA

Ermənistanın hərbi təxribatının ilginc səbəbləri - Şərh

Ermənistanın hərbi təxribatının ilginc səbəbləri - Şərh
Sakura

Ermənistanın hərbi təxribatının ilginc səbəbləri - Şərh

"12 iyul 2020-ci il Ermənistanın siyasi rəhbərliyi tərəfindən ölkədəki hərtərəfli böhran vəziyyətinin fəsadlarından əhalinin diqqətinin yayındırılması, eləcə də Ermənistanın beynəlxalq müstəvidə “ədalətsizlik qurbanı olan dövlət” imicinin formalaşdırılması cəhdlərinin sonu kimi tarixə daxil oldu. Həmin gün Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə yenidən pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etdi. Bu hadisə beynəlxalq hüquqa görə Ermənistanın Azərbaycana qarşı açıq hərbi təcavüzü və güc tətbiqidir".

Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu fikirlər millət vəkili Azay Quliyevə məxsusdur.

Onun sözlərinə görə, Azərbaycan ordusu Ermənistana layiqli cavab verdi, cənab Prezidentin də Təhlükəsizlik Şurasının 13 iyul 2020-ci ildə baş tutan iclasında vurğuladığı kimi, “həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq.” Ermənistan tərəfi rəsmi rəqəmləri açıqlamasa da, düşmənin böyük itkilər verdiyi nə erməni, nə də Azərbaycan tərəfində sual yaratmır.

A.Quliyev bildirib ki, baş verən hadisələrə görə tam məsuliyyət daşıyan Ermənistan siyasi rəhbərliyinin əsgərlərini açıq-aşkar şəkildə ölümə göndərməsinin arxasında duran daxili və xarici səbəbləri anlamaq üçün aşağıdakıları nəzərə almaq lazımdır:

1) Hazırda Ermənistan rəhbərliyi tərəfindən atılan istənilən addım daxili auditoriyaya yönəlib. “İnqilabçı” ampluasının ekspluatasiyası sayəsində rəhbərliyə gələn N. Paşinyanın “çiçəklənən Ermənistan” vədləri özünü doğrultmadı. Ölkə əhalisinin səsini boğmaq məqsədilə repressiv üsullara əl atıb siyasi opponentlərini təqib və həbs edən, müxalifətdən olan deputatların toxunulmazıq hüququnu əlindən alan Paşinyan xalqı “düşmən” obrazı, süni şəkildə yaradılan xarici təhlükəyə qarşı mübarizə lozunqları vasitəsilə öz ətrafında birləşdirməyə cəhd etdi.
Lakin, ciddi sosial-iqtisadi böhran, korrupsiya, koronavirusla mübarizə istiqamətində çoxsaylı problemlər, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki böyük nöqsanlar Paşinyan hakimiyyətinin bu cür təxribat xarakterli addımlarla, o cümlədən bu il işğal edilmiş ərazilərdəki qondarma “seçkilər” vasitəsilə özünə vaxt qazanmasını tamamilə qeyri-mümkün etdi. 12 iyul təxribatı isə erməni baş nazirin özünü doğrultmayan son ümidi adlandırıla bilər.

2) Diplomatik uğurları sayəsində Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi erməni tərəfində qıcıq yaratmaya bilməzdi. Dövlət başçımızın bir sıra nüfuzlu beynəlxalq platformalarda, o cümlədən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist mahiyyətini ifşa etməsi Ermənistanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini tarixi minimuma endirib. Bundan əlavə, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19 pandemiyasına qarşı videokonfrans formatında xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxan yeganə ölkə də məhz Ermənistan olmuşdur. Bu da həm Ermənistanın rəhbər dairələrinin mənəvi cılızlığını, həm də beynəlxalq həmrəylik və çoxtərəfli diplomatiya kimi dəyərlərə olan münasibətini açıq şəkildə göstərir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR