Slimfit
  1. COĞRAFİYA

Ermənistanın elə gəlir mənbəyi yoxdur ki... - Analitik

Ermənistanın elə gəlir mənbəyi yoxdur ki... - Analitik
Sakura

Ermənistanın elə gəlir mənbəyi yoxdur ki... - Analitik

Ermənistan Azərbaycan ilə silahlanma yarışına girməyi düşünür. Düşmən ölkə gələn il üçün hərbi xərclərini yenidən artırmaq istəyir.

Axar.az xəbər verir ki, bu məsələni Azərtac-a şərh edən analitik Ehtiram Aşırlı bildirib ki, Ermənistan 2019-cu ildə hərbi büdcəsini 647 milyon dollara qədər artırmaq niyyətinə düşüb. İşğalçı ölkənin müdafiə büdcəsinin kəskin artımı ilk dəfə 2018-ci ildə olub. Həmin vaxt hərbi büdcə 2017-ci ildəkinə nisbətən 17,6 faiz artaraq 518 milyon dollar təşkil edib. Gələn il daha çox artım gözlənilir və bu göstərici təxminən 647 milyon dollar olacaq. Hərbi büdcənin bu cür artırılması ümumi daxili məhsulda hiss ediləcək şəkildə əks olunub. Belə ki, bu göstərici bu il 3,8 faizə yaxın olub, gələn il isə 4,5 faizə çatacaq. Hərbi büdcənin belə sürətli artımı əlbəttə ki, Ermənistan üçün ciddi çətinliklər yaradacaq. Bu rəqəmin ümumi daxili məhsulda nisbəti 5-6 faizdən çox olması ölkə iqtisadiyyatı üçün kifayət qədər ciddi təhlükədir. Amma bu artım Ermənistanın Azərbaycan ilə ayaqlaşa biləcəyi demək deyil. Əksinə, hərbi büdcənin belə artımı ölkə iqtisadiyyatının daha böyük problemlərlə üzləşməsi deməkdir. Aydındır ki, hətta indiki artım nəzərə alınmaqla Ermənistanın hərbi büdcəsinin Azərbaycandakına çatmasına hələ çox var. Bu baxımdan, Ermənistanın hərbi büdcəsini artırması onun çöküşünü daha da sürətləndirəcək. Belə ki, Ermənistan həmin vəsaitə ancaq sosial sahələrə ayrılan xərcləri azaltmaqla nail ola bilər. Ancaq Ermənistanın elə böyük iqtisadi potensialı və gəlir mənbəyi yoxdur ki, paralel olaraq həm sosial, həm də hərbi sahədə eyni dərəcədə büdcə artımına qərar verə bilsin.

“Buna görə də maraqlıdır, Ermənistan hərbi xərcləri hansı ehtiyatlara əsaslanaraq artırmağı düşünür?! Dağılmış vəziyyətdə olan ölkə iqtisadiyyatının əsas hissəsi xarici dövlətlərin nəzarətindədir. Amma görünən odur ki, indiki hökumət xalqdan gələn sosial tələbin bu yöndə olduğunu düşünür. Çünki Azərbaycan hərbi büdcəsini mütəmadi qaydada artırır. Azərbaycanın həm büdcəsini, həm də hərbi xərclərini artırması Ermənistanda narahatlıqla qarşılanır. Yəqin ki, yeni rəhbərlik bunu nəzərə alaraq, Ermənistan cəmiyyətini “sakitləşdirmək” üçün belə bir addım atmağa qərar verib. Amma sosial vəziyyəti ağır olan ölkələrdə hərbi xərclərin artırılması heç bir iqtisadi məntiqə əsaslanmır və bu, yaxşı nəticə vəd etmir. Ermənistan hərbi xərcləri nə qədər artırsa da, bu, Azərbaycanın hərbi xərcləri üçün nəzərdə tutulan vəsaitdən dəfələrlə azdır. Hazırda Azərbaycanda hərbi, hərbi sənaye və hüquq mühafizə orqanlarına xərclənən məbləğ ümumi büdcənin 30 faizə qədərini təşkil edir. Azərbaycan müdafiə xərclərinə, hüquq mühafizə orqanlarına, təhlükəsizlik xərclərinə təqribən 4 milyard vəsait ayırıb ki, Ermənistanın dövlət büdcəsi heç o qədər deyil”, - deyə E.Aşırlı qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR