Slimfit
  1. DÜNYA

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəsmiləri külli miqdarda rüşvət tələb ediblər

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəsmiləri külli miqdarda rüşvət tələb ediblər
Sakura

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəsmiləri külli miqdarda rüşvət tələb ediblər

Ermənistan Dövlət Gəlirləri Komitəsinin bir qrup məmuru səkkiz milyon dram (təxminən 20 min ABŞ dolları) məbləğində rüşvət tələb etməkdə ittiham olunur.

Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

İlkin istintaqla müəyyən edilib ki, baş vergi müfəttişləri V.A. və A.K. Armavir rayonunda uşaq bağçasında aparılan əsaslı təmir işlərinə baxış zamanı doqquz nəfər qeydiyyatdan keçməyən fəhlə, eləcə də tikinti şirkəti və onunla əlaqəli digər qurum tərəfindən vergi pozuntuları aşkarlayıblar.

Müfəttişlər ortaq şərik S.A.-nın vasitəsilə həmin şirkətlərin direktoru və direktor müavini ilə görüşərək, qeydiyyatda olmayan işçilər və vergi pozuntuları faktının qeydə alınmaması təklifini edərək səkkiz milyon dram rüşvət tələb ediblər. İki şirkətin direktoru və direktor müavini bununla razılaşıblar.

V.A. və A.K. Ermənistan Cinayət Məcəlləsinin 435-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndi (külli miqdarda rüşvət alma) ilə ittiham edilirlər. S.A. rüşvət almağa kömək etmə maddəsi ilə, daha bir nəfər isə xüsusilə külli miqdarda rüşvət vermə maddəsi ilə ittiham olunur.

Üç təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri, bir nəfər barəsində isə ev dustaqlığı seçilib.

İbtidai istintaq yekunlaşıb və iş materialları ittiham aktı ilə birlikdə məhkəməyə göndərilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR