Slimfit
  1. SİYASƏT

"Ermənistanın bu hərəkətləri yeni, böyük müharibəyə gətirə bilər" - Musa Qasımlı

"Ermənistanın bu hərəkətləri yeni, böyük müharibəyə gətirə bilər" - Musa Qasımlı
Sakura

"Ermənistanın bu hərəkətləri yeni, böyük müharibəyə gətirə bilər" - Musa Qasımlı

Xəbər verdiyimiz kimi, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub. Bundan başqa 4 hərbçimiz yaralanıb.

Bəs, ermənilərin bu təxribatlarından sonra yenidən müharibə təhlükəsi varmı?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Musa Qasımlı bildirdi ki, Ermənistanın bu hərəkətləri yeni, böyük müharibəyə gətirə bilər.

"Sərhəddə Ermənistanın təxribat törətməsinin konkret məqsədi var: Sülh müqaviləsinin imzalanmasını uzatmaq, Avropa İttifaqı və digər dövlətlər tərəfindən Azərbaycana təzyiqlər etmək, Zəngəzur dəhlizinin açılmasına mane olmaq, həmin əraziyə Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı adı ilə Rusiya ordusunu yerləşdirməkdir. Ermənistan təkbaşına təxribat törədə bilməz. Ermənistanın arxasında Zəngəzur dəhlizinin açılmasının əleyhinə olan İran dayanır. Hesab edirəm ki, Ermənistanın bu hərəkətləri yeni, böyük müharibəyə gətirə bilər. Həmin müharibənin törədilməsində Qafqazda sabitliyin olmasını istəməyən dövlətlər də var",- deyə millət vəkili qeyd etdi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR