Dərc edildi: Baxış sayı: 384
Ermənistanın baş naziri Rusiyaya gedəcək
Ermənistanın baş naziri Nikol Paşinyan cari ilin dekabrında Rusiyaya onuncu dəfə işgüzar səfər edəcək.
“Report” “RusArminfo”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, N.Paşinyan Avrasiya ali iqtisadi şurasının yığıncağında və MDB-yə üzv dövlətlərin başçılarının Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi görüşündə iştirak edəcək. Nikol Paşinyanın Rusiyaya rəsmi səfərinin dəqiq tarixi məlum deyil. Məlumata görə, bu səfər 2020-ci ilin yazında reallaşa bilər.
Qeyd edək ki, sonuncu dəfə Ermənistanın dövlət başçısı 2017-cu ilin martında da Rusiyaya rəsmi səfər edib. Onda Serj Sarqsyan Ermənistanın prezidenti idi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət