Erməni nazir məlumat yayıb
"Yeni hücum pilotsuz uçuş aparatlarının sınağı davam edir. Ermənistan hərbi sənayesinin daha bir uğuru" Ermənistanın Yüksək Texnologiyalar Sənayesi naziri Hakob Arşakyan öz Facebook səhifəsində yazıb.
Qeyd edək ki, daha əvvəl düşmən ölkənin Baş naziri Nikol Paşinyan hərbi-sənaye kompleksinin ölkəsinin iqtisadiyyatının aparıcı sektorlarından birinə çevrilməli olduğunu bildirmişdi. Onun fikrincə, bu məqsədə çatmaq üçün Ermənistanın elmi və peşə potensialı var və iki komponenti həyata keçirmək lazımdır: hərbi-sənaye kompleksinin istehsal güclərini və ixrac infrastrukturlarını formalaşdırmaq, habelə hərbi-sənaye kompleksinin daxili ehtiyacları nəzərə alınmaqla dövlət sifarişlərinin qeydiyyatı və yerləşdirilməsi ilə bağlı düzgün və təsirli qərarlar qəbul etmək. Paşinyan hesab edir ki, bu eyni zamanda iki vəzifəni həll etməyə kömək edəcək: hərbi-sənaye kompleksinin inkişafını stimullaşdırmaq və ölkənin təhlükəsizliyini təmin etmək.
Mənbə: arminfo.info
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət