Slimfit
  1. SİYASƏT

Ermənistanda tarixi abidələrə qarşı vandalizm siyasəti

Ermənistanda tarixi abidələrə qarşı vandalizm siyasəti
Sakura

Ermənistanda tarixi abidələrə qarşı vandalizm siyasəti

İndiki Ermənistan ərazisindən zaman-zaman depotasiya olunan soydaşlarımızın tarixi əcdad kultu olan maddi-mədəniyyət abidələrinin dağıdılması siyasəti bu gün İrəvanın rəsmi dövlət strategiyasının ayrılmaz parçasıdır. Belə ki, həmin  ərazilərdə heç bir zaman azərbaycanlıların yaşamadıqlarını rəsmiləşdirmək üçün kənd-kənd, oba-oba gəzib dolaşaraq azərbaycanlılara məxsus bütün maddi-mədəni abidələri yerlə yeksan etmək üçün xüsusi qruplar yaradılıbdır. Bütün bunlar  saxtakarlıq və cinayət əməlləri beynəlxalq səviyyədə təsbit olunmuş "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasının və "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir.

Azərbaycan torpaqlarında, o cümlədən Dağlıq Qarabağda məhv edilən abidələrdən 367-si tarixi abidələr, 67-si məscidlər, 140-ı ziyarətgahlar, 140-ı isə məbədlərdir. Bunlar erməni işğalçıları tərəfindən dağıdılıb, məhv edilib və Azərbaycan xalqının milli-mənəvi yaddaşına güclü zərbə vurulub. Monoetnik Ermənistan dünya dəyərlərinə qarşı çıxaraq işğal etdikləri yerdə azərbaycanlıların maddi-mənəvi abidələrini məhv edirlər.

İndiki Ermənistan ərazisində yerləşən Ağadədə qəbiristanlığı (Masis rayonu), Ağudi abidəsi (Sisyan rayonu), Aşağı Şorca (Basarkeçər rayonu), Aşıq Ələsgərin qəbirüstü abidəsi (Basarkeçər rayonunun Ağkilsə kəndi), Dəmirbulaq məscidi (İrəvan şəhəri), Əmir Səəd məqbərəsi (İrəvan şəhəri), Güllübulaq qəbiristanlığı (Amasiya rayonu), Hacı Novruzəli bəy məscidi (İrəvan şəhəri), Rəcəb Paşa məscidi (İrəvan şəhəri), Saral qəbiristanlığı (Hamamlı rayonu), Səlim (Şah Abbas) Karvansarası (Dərələyəz mahalının Keşişkənd kəndi), Sərdar məscidi (İrəvan şəhəri), Təpəbaşı məscidi (İrəvan şəhəri), Zal xan məscidi (İrəvan şəhəri) və digər maddi mədəniyyət abidələrimizin heç bir izi-tozu belə qalmayıb.  Orta hesabla indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus 50 mindən çox tarixi abidələr, körpülər, qalalar, məzarlıqlar, məscidlər, ovdanlar, yaşayış məskənləri, kitabxanalar, muzeylər, qoç abidələri və sairlər tamamilə məhv edilibdir.

 Qafqaz Albaniyasının coğrafi əraziləri indiki Naxçıvan Muxtar Respublikasının ərazisini də əhatə edir. Culfa, Ordubad, Şahbuz, Babək, Kəngərli, Şərur və Sədərək rayonlarının ərazisində Qafqaz Albaniyası tarixinə bağlı minlərlə abidələr mövcuddur. Ancaq həmin tarixi maddi-mədəni abidələrin heç birinin ermənilərə aidiyyatı yoxdur. Bu gün İrəvan Azərbaycan Respublikasına qarşı psixoloji müharibə aparmaq üçün, YUNESCO səviyyəsində "Culfada xristian abidələrinə qarşı vandalıizm" adlı proyektlə çıxmaq üçün hədəflərini  sərgiləməkdədir. Beləliklə də Avropa dövlətlərini "xristian təəssübkeşliyi" adı altında öz tərəfdarına çevirmək, bununla da Qarabağdakı işğalçılıq siyasətinin ömrünü uzatmaq kimi taktiki gedişlər etməyə çalışır. Qafqaz Albaniyası tarixini saxtalaşdıraraq süni şəkildə "Qafqazda xristian abidələri və ermənilər" adlı xüsusi kitabçalar buraxıblar. Bütün bunlar azmış kimi, YUNESCO səviyyəsində öz şantajçı əməllərinə hüququ don geyindirməyə çalışılır.

Ermənistanın Azərbaycan dövlətinə qarşı psixoloji müstəvidə apardığı bu müharibənin qarşısının alınmasında diaspor təşkilatlarımızın müstəsna rolu ola bilər. Bunun üçün ilk öncə diaspora təşkilatlarımızın fəaliyyət göstərdikləri ölkələrdə yerli dövlət və xalqlarla iş aparılmalıdır. Konfranslar və forumlar keçirməklə ermənilərin uzun vədəli strateji hədəflərə hesablanmış məkrli planlarının qarşısını almaq olar. Hər bir problemin sadəcə dövlət tərəfindən həlli məsələsinə yanaşmaq doğru deyil. Diaspor təşkilatlarımız bir yandan özlərinin normal fəaliyyətləri üçün dövlətimizdən  dəstək alırlarsa, digər yandan dövlətçilimizi üçün cəfakeşlik etmək də onların milli borcudur.
Ermənistan əbəs yerə bu gün "Culfada xristian abidələri" mövzusunu beynəlxalq miqyasda gündəmə gətirmir. Belə ki, Dağlıq Qarabağın ardından Naxçıvan Muxtar Respublikasının ərazilərinə qarşı iddialarını gizlətmir. Buna görə də Ermənistanın ekspansionist siyasətini durdurmaq üçün, bütün diaspora təşkilatlarımız vahid mövqe nümayiş etdirməklə yanaşı, beynəlxalq miqyasda aksiyalar keçirməyə borcludurlar. Bu istiqamətdə Azərbaycanın intellektual səviyyəli mütəxəsissləri ilə birlikdə çalışmaqla ermənilərin hədəflərini heçə endirmək mümkündür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR