"Ermənistanda kişi qıtlığı olduğu üçün qadınlar orduya cəlb olunur"
Bunu “Ölkə.Az”a açıqlamasında poliroloq İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, əgər diqqət yetirilsə, biz o halın şahidi olarıq ki, qadınlar ümumiyyətlə, Ermənistan cəmiyyətində hərəkətverici qüvvə sayılır. “Ona görə də Ermənistan cəmiyyətində qadınlar müəyyən təsir gücünə malik təbəqədir. Odur ki, erməni cəmiyyəti çətin, çıxılmaz vəziyyətlə üzləşən kimi onların roluna üstünlük verir. O baxımdan Ermənistanın hərbi-siyasi rəhbərliyinin qadınlar hesabına ordunu komplektləşdirmək və bu yolla inamsızlığın, qeyri-nikbin əhval ruhiyyənin hökm sürdüyü ordunu ruhlandırmaq və canlandırmaq istəyir. Erməni hərbi-siyasi rəhbərliyi buna nə qədər nail olacaq, deyə bilmərəm. Amma görünən odur ki, Ermənistan ordusunun bu gün üzləşdiyi psixoloji durumdan xilas etmək və hansısa ciddi dəyişikliyə nail olmaq mümkün deyil. Çünki orduya qadın ən sonuncu anda lazım olur. O da ciddi kişi çatışmazlığı olanda... Bu fakt onu bir daha sübut edir ki, Ermənistanda ciddi demoqrafik problemlə üz-üzədir. Ona görə də qadınları orduya cəlb edirlər”,- deyə politoloq qeyd edib.
O əlavə edib ki, bu fakt eyni zamanda Ermənistanda ciddi demoqrafik böhranın olmasının göstəricisidir. “Gənclər, əmək qabliyyəti olan ailələr sürətlə ölkəni tərk edir və gedənlərin də əksəriyyəti geri dönmür. Bu da ordunun formalaşdırılmasında ciddi problem yaratdığından çıxış yolunu qadınların orduya cəlb edilməsində görürlər. Ancaq bu, effekt verməyəcək. Ən azından ona görə ki, qadının uzunmüddətli hərbi xidmət çəkməsi və ordunun hərbi döyüş səviyyəsində gətirilməsində qadın istənilən effekti vermir. Düzdür, qadınlar orduda məhdud çərçivədə iştirak edə bilərlər. Lakin qadınların orduda çoxluq təşkil etməsi lazımi effekti vermir. Bu da digər sahələrədə olduğu kimi, orduda da ciddi böhranın hökm sürdüyünü göstərir. Bir müddətdən sonra biz qadınlaırn ordudakı kütləvi fərariliyinin və ya ölkədən getməsinin şahidi olacağıq. Artıq bu proses baş verməkdədir ”, - deyə politoloq qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət