Slimfit
  1. DÜNYA

Ermənistanda kazarmada yanğın zamanı 15 hərbçinin ölümü faktı ört-basdır edilib

Ermənistanda kazarmada yanğın zamanı 15 hərbçinin ölümü faktı ört-basdır edilib
Sakura

Ermənistanda kazarmada yanğın zamanı 15 hərbçinin ölümü faktı ört-basdır edilib

Ötən ilin yanvarında Ermənistanın Basarkeçər rayonunun Azat kəndində 15 hərbçinin ölümü ilə bağlı cinayət işi üzrə vəkil Norik Norikyan respublikanın Baş Prokurorluğuna müraciət edərək, iş çərçivəsində səlahiyyətli orqanların əməkdaşlarının aşkar cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmasını tələb edib.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

“Zərərçəkmiş tərəf bildirib ki, istər hərbi polis, istərsə də istintaq orqanı səlahiyyətləri çərçivəsində icraat üçün əhəmiyyət kəsb edən halların, cinayətin izinin müəyyən edilməsi, müəyyən maddi sübutların götürülməsi və tədqiqatı istiqamətində tədbirlər görməyib.

Bir daha bildiririk ki, hadisə baş verən vaxtdan etibarən aidiyyəti orqanlar müvafiq tədbirlər görməyib, nəticədə hadisə yerinin qorunub saxlanmaması, mühüm sübutların məhv edilməsi və ya gizlədilməsi ilə nəticələnib və belə bir şəraitdə hesab edirik ki, həmin şəxslər məsuliyyətə cəlb olunmalıdırlar”, - Norikyan bildirib.

Qeyd edək ki, 2023-cü il yanvarın 19-da Azat kəndində hərbi hissədə yanğın baş verib. Nəticədə 15 hərbçi ölüb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR