Dərc edildi: Baxış sayı: 395
Ermənistanda bayrağımızı yandıran şəxs işdən qovulub və dövlət layihələrindən kənarlaşdırılıb
İrəvanda Azərbaycan bayrağının yandırılması ilə bağlı insidentdən sonra erməni dizayner Aram Nikolyan İctimai Telekanalın baş stilisti vəzifəsindən qovulub və dövlət layihələrindən məhrum edilib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,o, bu barədə yerli mediaya müsahibəsində danışıb.
Nikolyan əməlimə görə peşman olmadığını da dilə gətirib.
Xatırladaq ki, aprelin 14-də İrəvandakı İdman-Konsert Kompleksində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan Azərbaycan bayrağını yandırıb.
Rəsmi Bakı erməni dizayneri beynəlxalq axtarışa verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət