Slimfit
  1. AZƏRBAYCAN

Ermənistanda Aprel döyüşlərini araşdıran komitədə nələr müzakirə olunub?

Ermənistanda Aprel döyüşlərini araşdıran komitədə nələr müzakirə olunub?
Sakura

Ermənistanda Aprel döyüşlərini araşdıran komitədə nələr müzakirə olunub?

Ermənistan parlamentində Aprel döyüşlərini araşdıran İstintaq Komitəsinin ötən gün keçirilən iclasında həmin dövrdə vacib vəzifə tutan, Ermənitan Silahlı Qüvvələrdə olan bir hərbçi dinlənilib. Jurnalistlərə danışan komitə sədri Andranik Köçəryan qonağın dəqiq adı və vəzifəsini açıqlamayıb.
Bundan əvvəl erməni KİV-ləri komissiyanın qonağının işğal altında olan Qarabağdakı qanunsuz “hərbi birləşmə”nin kəşfiyyat bölüyünün keçmiş rəhbəri olduğunu yazırdı.

Köçəryan da komissiyada dinlənilən şəxsin “hərbi birləşmə” ilə əlaqəli olduğunu bildirib.

“O, təcrübə və bilik baxımından bizim ən dəyərli hərbçilərimizdən biridir. Ordumuzda bu cür insanların varlığına görə çox şadam”, - deyə Köçəryan qeyd edib.

Köçəryanın sözlərinə görə, həmin şəxsin dinlənilməsi o dövrdə əsas xidmətlərdən biri olan, bu sahənin daha ətraflı araşdırılması üçün olduqca faydalı olub.

“Həmin dövrdə ona aid olan sahənin problemlərini müzakirə etdik. Verilən suallara cavablar əldə etdik və bu cavablar keçən dövr ərzində aparılan araşdırmalar sahəsində daha ətraflı məlumat əldə edilməsinə yardım edib. Bununla da bizə zəruri olan sahələrin araşdırılması və öyrənilməsi, araşdırılacaq sahələrin xarakteri haqqında daha ətraflı məlumat əldə etməyimizə imkan yaranıb”, - deyə o qeyd edib.

Köçəryan vurğulayıb ki, hər bir xidmət öz funksional vəzifələrini yerinə yetirməli, bunun nəticəsində qərar qəbul edənlər düzgün qərarlar qəbul etməlidirlər.

“Buna görə kəşfiyyat və ordunun digər strukturları çox əhəmiyyətlidir və sinxron hərəkət etmələri vacibdir. Ordu strukturları əsasən sinxronlaşmış fəaliyyət göstəriblər. Qərarların vaxt baxımından uyğun olub-olmaması, başqa bir sualdır. Bunu araşdırmaq üçün bu komissiya da yaradılıb”, - deyə Köçəryan bugünkü erməni ordu rəhbərliyinin orduda siyasi asayişi gücləndirmək və zabit heyətinin yüksək bacarıqla istifadə edilməsini hədəfləyən idarəetmə məntiqində bir dəyişiklik olduğunu söyləyib.

Kəşfiyyat məlumatlarında bir ziddiyyətin olmasına, Paşinyanın isə hücumla bağlı məlumatlar gördüyünü söylədiyi və Müdafiə nazirinin keçmiş müavini (Artak Zakaryan) hücumun sürpriz olduğunu söyləməsinə gəlincə Köçəryan bildirib ki, Zakaryan üçün sürpriz olduğuna görə təəssüflənir.

“Əgər sürpriz olmasaydı biz tamamilə başqa bir vəziyyətdə ola bilərdik. Ümumiyyətlə, müdafiə nazirliyi heç vaxt təəccüblənməməlidir, həmişə hazır olmalıdır və hazır olmaq birlikləri hazır vəziyyətdə saxlamaq deməkdir və idarəetmədə sinxronizasiya tam müvəffəqiyyətə səbəb olur”, - deyə o bildirib.

Komitə sədrinin sözlərinə görə, çətin ki, bugünkü ordu rəhbərliyi hər hansı bir şeydən təəccüblənsin, sürprizlə qarşılaşa bilsin.

“Bu gün heç bir rəhbərdən Azərbaycanın bu düşüncəsinin bizim üçün sürpriz ola biləcəyini söyləməsini eşidə bilməzsiniz. Rəqibin nələr və hansı silahlandırmanı əldə etdiyinə və ordunun bu silahları zərərsizləşdirmə qabiliyyətini necə artırdığına diqqət yetirməliyik. Bugünkü və 2016-cı illn reallıqları arasındakı fərq məhz bundadır”, - deyə o qeyd edib.

Jurnalistlər Köçəryana keçmiş Baş nazir Karen Karapetyan Milli Məclisin kürsüsündən müharibə zamanı texnikada yanacaq olmadığını elan etdiyini xatırladıblar. Deputat bildirib ki, bu aylar ərzində bu suallara cavab tapmağa çalışıblar, amma indiyə kimi silahlanmanın çatışmazlığı və ya tibbi xidmətin olmaması barədə heç bir şey eşitməyiblər.

Silahın tükəndiyi və erməni əsgərlərin bellərlə savaşmağa başlaması ilə bağlı yayılan fikirlərə gəlincə, Köçəryan cavab verib ki, əgər bu baş verərsə və rəqib mövqeyə gəlib çatarsa, o zaman daş, bel və yumruqdan da istifadə edilməlidir.

“Kimsə silahın olmadığını, silahın olduğunu, silah-sursatın bitdiyini, bu və ya digər şəkildə vuruşmağa davam ediləcəyinə dair nəisə bir şey görübmü?”, - deyə o vurğulamaqla belə bir məlumat almadıqlarını yenidən bildirib.

Öldürülən əsgərlərdən birinin atasının dediyi, övladının meyitinin yarılmasından sonra ot yediklərinin aşkarlanmasına və bununla da cəbhə xəttinə yemək çatdırılmadığını göstərməsi məsələsinə gəlincə, Köçəryan qəti şəkildə belə bir şeyə inanmadığını söyləyib.

“Bir çox hərbçini, o cümlədən fəal hərbi əməliyyatlarda iştirak edən əsgərlərin dinlənilməsinə baxmayaraq, fəaliyyətimiz boyu belə bir məlumatla rastlaşmadıq. Hələlik belə bir hal qeydə alınmayıb”, - deyə Köçəryan qeyd edib.
Mənbə: ordu.az
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR