Slimfit
  1. SİYASƏT

“Ermənistana ciddi təzyiq göstərilməlidir” - Nazir

“Ermənistana ciddi təzyiq göstərilməlidir” - Nazir
Sakura

“Ermənistana ciddi təzyiq göstərilməlidir” - Nazir

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi dialoq, danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır, bunun üçün kifayət qədər hüquqi baza və əsaslar var.

Ens.az Ordu.az-a istinadən xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə səfəri çərçivəsində “CNN Türk” kanalına müsahibəsində deyib.

Nazir bildirib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Həmin sənədlərə əsasən, Azərbaycan ərazilərindən Ermənistanın qanunsuz hərbi birləşmələrinin çıxarılması, məcburi köçkünlərin geri qayıtmasının təmin edilməsi, eyni zamanda ölkəmizin beynəlxalq müstəvidə tanınmış sərhədlərinin bərpası tələb olunur.

"Eyni tələblər digər beynəlxalq təşkilatların da sənəd və qətnamələrində öz əksini tapıb. Belə olan halda, məsələnin siyasi dialoq yolu ilə həlli istiqaməti bəllidir. Hesab edirik ki, burada Ermənistan tərəfinə beynəlxalq birlik tərəfindən kifayət qədər ciddi təzyiq olmalıdır", - deyə XİN rəhbəri vurğulayıb.

Nazir əlavə edib ki, Azərbaycanın bu məsələdə mövqeyi dəyişməz və prinsipialdır. Həmin qətnamələr tam olaraq yerinə yetirilməlidir

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR