Dərc edildi: Baxış sayı: 281
Ermənistana casusluqda təqsirləndirilən şəxsə 19 il cəza istənildi
Dövlətə xəyanətdə ittiham olunan Aydın Zəkiyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror A.Zəkiyevin verilmiş ittihamla təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Vəkillərə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət