Slimfit
  1. DÜNYA

Ermənistan yenə Rusiyadan silah xahiş edir

Ermənistan yenə Rusiyadan silah xahiş edir
Sakura

Ermənistan yenə Rusiyadan silah xahiş edir

Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan İrəvanın lazım gələrsə, Rusiyadan yeni silah tədarükü üçün Moskvaya üz tutmağa hazır olduğunu deyib.

“RİA Novosti”yə verdiyi açıqlamada o, hələlik bunu etmədiklərini bildirib.

O xatırladıb ki, ölkəsinin Baş naziri Nikol Paşinyan bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə, Xarici İşlər naziri Zohrab Mnatsakanyan isə Sergey Lavrovla “onlara vəziyyət barədə məlumat vermək, Ermənistan hökumətinin baxışı və atdığı addımlar, ordunun planları barədə” telefon danışığı aparıblar.

Toqanyan İrəvan və Moskvanın müvafiq öhdəliklərə görə müttəfiq olduqlarını vurğulayıb:

“Bizim hərbi-texniki əməkdaşlığımız inkişaf edir, silah tədarükü ilə bağlı razılaşmaların icrası normal davam edir. Təbii ki, ehtiyac olarsa, ilk növbədə Rusiyaya müraciət edib məsələləri həll edəcəyik (əlavə silah təchizatı ilə bağlı - red.)”.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR