Dərc edildi: Baxış sayı: 332
Ermənistan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub
Bu gün Ermənistan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
Bildirilib ki, Zöhrab Mnatsakanyan və Sergey Lavrov iyul döyüşlərindən sonrakı regional hadisələri və bu çərçivədə Dağlıq Qarabağ sülh prosesi ətrafında vəziyyəti müzakirə ediblər.
Mnatsakanyan bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasına yönəlmiş Ermənistan-Rusiya əməkdaşlığının vacibliyini vurğulayıb.
Ermənistan və Rusiya xarici işlər orqanlarının rəhbərləri Ermənistan-Rusiya müttəfiq münasibətlərinin gündəliyindəki məsələlər barədə də fikir mübadiləsi aparıblar.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət