Slimfit
  1. COĞRAFİYA

Ermənistan tezliklə real addımlar atmalıdır - XİN

Ermənistan tezliklə real addımlar atmalıdır - XİN
Sakura

Ermənistan tezliklə real addımlar atmalıdır - XİN

Ermənistan baş naziri vəzifələrini icra edən Paşinyanın təkrarən səsləndirdiyi “Qarabağ rəhbərliyi münaqişənin həlli prosesinə qatılmayınca, biz problemin həllindən uzağıq” deyə açıqlaması münaqişənin mövcud format əsasında danışıqlar yolu ilə həllinə xələl gətirir, status kvonun möhkəmlənməsinə və gərginliyin yaranmasına xidmət edir. Seçki öncəsi dövrdə Ermənistan rəhbərliyinin səsləndirdiyi bu kimi əsassız bəyanatlar daha çox daxili auditoriyaya hesablanıb.

Axar.az xəbər verir ki, bunu Ermənistanın baş naziri vəzifələrini icra edən Paşinyanın münaqişənin həlli prosesi ilə bağlı son bəyanatına dair suala cavabında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.

"Ermənistan rəhbərliyi ölkəsinin gələcək inkişafını düşünərək, münaqişənin tezliklə həlli istiqamətində real addımlar atmalı, öz beynəlxalq öhdəliklərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl edərək Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalıdır", - deyə o bildirib.

L.Abdullayeva qeyd edib ki, Paşinyan öz xalqını sülh prosesi yolunda yanıldaraq aldatmamalıdır. ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin prezidentlərinin dəfələrlə bəyan etdiyi kimi hazırkı status-kvo vəziyyəti dayanıqlı deyil və qəbuledilməzdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR