Dərc edildi: Baxış sayı: 1158
Ermənistan tərəfi dövlət sərhədində artilleriya qurğularından istifadə edir - RƏSMİ
Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.
Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət