Ermənistanın Müdafiə Nazirliyi gələn il Rusiyanın 4 ədəd SU-30 SM qırıcısını almaq niyyətindədir
Ermənistanın Müdafiə Nazirliyi gələn il Rusiyanın 4 ədəd SU-30 SM qırıcısını almaq niyyətindədir.
“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Artsrun Ovannisyan bildirib. Onun sözlərinə görə, Ermənistan çoxməqsədli Su-30 SM qırıcılarının əldə edilməsi ilə bağlı saziş imzalayıb. “Rusiyanın əvvəlcədən ayırdığı 100 milyon dollarlıq kreditlə silahların əldə edilməsi prosesi artıq reallaşma mərhələsindədir. İlkin olaraq 4 təyyarə alınacaq”, - deyə Ovannisyan deyib.
Qeyd edək ki, “Kommersant” qəzetinin məlumatına görə, Rusiya Ermənistana kredit ayırmaqla kifayətlənməyib, eyni zamanda qırıcıların ixracat qiymətləri ilə deyil, daxili qiymətlərlə satışına razılıq verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət