Slimfit
  1. SİYASƏT

“Ermənistan rəhbərliyinin bu addımı münaqişənin sülh yolu ilə həllinə ciddi zərbə vurur”

“Ermənistan rəhbərliyinin bu addımı münaqişənin sülh yolu ilə həllinə ciddi zərbə vurur”
Sakura

“Ermənistan rəhbərliyinin bu addımı münaqişənin sülh yolu ilə həllinə ciddi zərbə vurur”

“Ermənistanın Baş Naziri və prezidentinin Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində işğalçı ölkənin yaratdığı oyuncaq separatçı rejimin qondarma “müstəqillik gününü” təbrik edərək, bu ölkənin təcavüzkar siyasətini açıq şəkildə etiraf etməsi, eləcə də işğalçı Ermənistanın siyasi rəhbərliyi ilə yanaşı, diplomatik nümayəndəliklərinin rəhbərlərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrinə səfər etməsi onu göstərir ki, işğalçı ölkə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunan təcavüzkar siyasətin nəticələrinə söykənən status-quo vəziyyətinin möhkəmləndirilməsinə yönəlik cəhdlər edir və beləliklə də, münaqişənin sülh yolu ilə həllinə ciddi zərbə vurur”.

Qafqazinfo”nun məlumatına görə, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin Ermənistanın Baş Naziri və prezidentinin işğalı altında olan ərazilərində separatçı rejimin “müstəqillik gününü” təbrik etmələri ilə bağlı yaydığı məlumatda yer alıb.

Qeyd edilib ki, Ermənistan rəhbərliyinin son zamanlar verdiyi tamamilə əsassız bəyanatları və atdığı addımları bu ölkənin öz qanunsuz əməllərinə özünü və öz əhalisini inandırmaq məqsədi güdür: “Əks təqdirdə, dünyanın heç bir dövləti tərəfindən tanınmayan, işğalı çoxsaylı sənəd və qətnamələrdə pislənilən və Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin bir hissəsi olan ərazilərdə “mütəqillik bayramını” qeyd etmək başqa nə cür adlandırıla bilər”.

Məlumatda bildirilib ki, Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin hərbi işğalı və yerli azərbaycanlı əhalinin qanlı etnik təmizlənməsi, eləcə də digər insanlıq əleyhinə cinayətlərə görə məsuliyyət daşıyan Ermənistan dərk etməlidir ki, bu torpaqlar yenidən Azərbaycanın nəzarətinə qayıdacaq və bölgənin hər iki icması yenidən birgə sülh və təhlükəsizlik şəraitində yaşayışını təmin edəcək: “Münaqişənin digər həll yolu mövcud deyil və ATƏT-in Minsk Qrupunun həmsədrləri qismində beynəlxalq vasitəçilər, habelə bütün dünya ictimaiyyəti bunu gözəl dərk edir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR