Slimfit
  1. CƏMİYYƏT

Ermənistan Qərbi Azərbaycan İcmasının dialoq çağırışlarına cavab verməlidir - XİN

Ermənistan Qərbi Azərbaycan İcmasının dialoq çağırışlarına cavab verməlidir - XİN
Sakura

Ermənistan Qərbi Azərbaycan İcmasının dialoq çağırışlarına cavab verməlidir - XİN

Ermənistan tərəfi Azərbaycan ərazisində etnik azlıqları öz uğursuz məkrli siyasətində istifadə etmək niyyətindən əl çəkməli, indiki Ermənistan ərazisində öz doğma torpaqlarından zorla qovulmuş yüz minlərlə Qərbi Azərbaycan İcmasının hüquqlarını tapdalamaq və onlarla dialoqun hər vəchlə qarşısını almaq əvəzinə, bu icmanın sülh yolu ilə, ləyaqətli və təhlükəsizlik şəraitində geri qayıdış məqsədli Ermənistanla dialoq çağırışlarına cavab verməlidir.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə 18 mart tarixli bəyanatına dair şərhində bildirilib.

Qeyd edilib ki, beləliklə, Ermənistanın “etnik uyğunsuzluq” konsepsiyasından və “etnik təmizləmə əsasında monoetnik dövlət titulu”ndan əl çəkərək dinc birgəyaşayışı, multikulturalizmi seçməsiyinin praktiki göstəricisi məhz Qərbi Azərbaycan İcmasının üzvlərinin öz tarixi torpaqlarına qayıtmasına şərait yaratmaq ola bilər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR