Dərc edildi: Baxış sayı: 440
Görünür, beynəlxalq super güclər işğalçı ölkəyə Qarabağda genişmiqyaslı savaşın olmayacağı haqda gizli…
Ermənistan işğal altındakı Azərbaycan torpaqlarında fəaliyyət göstərən ticarət obyektlərini ən müasir kassa aparatları ilə təmin etməyə hazırlaşır.
Moderator.az xəbər verir ki, bu haqda işğalçı ölkənin Azərbaycan torpaqlarına qanunsuz səfər edən Dövlət Gəlirləri komitəsinin sədri David Ananyan erməni jurnalistlərə qondarma separatçı rejimin başçısı Bako Saakyanla görüşüdən bəhs edərkən danışıb.
Görüşdə Ermənistanla qondarma qurum arasında vergi və gömrük sahəsində əməkdaşlığı genişləndirmək üçün müasir kommunikasiya əlaqələrinin vacibliyi vurğulanıb. Odur ki, Xankəndi və Şuşadan başlamaqla bütün ticarət obyektlərində son nəsil kassa aparatlarının qoyulması da nəzərdə tutulub. Çünki həmin aparatlar hər iki tərəfin vergi orqanlarına internet üzərindən obyektlərin gəlirlərinə nəzarət etmək imkanı verəcək.
D.Ananyan qeyd edib ki, yeni nəsil kassa aparatları, elə həmin aparatlardır. “Sadəcə, bir fərqi var; onlarda xidmətin növü, alınmış malların sayı, ölçü vahidi və s. də görmək olur. Və bu kassa aparatları onlayn olaraq vergi orqanıyla bağlı olacaq...”
P.S. Sözsüz ki, Ermənistan burada həm də qondarma rejimin işğal altındakı torpaqlarda əldə etdiyi gəlirlərin xeyli hissəsini nəzarətdə saxlamaqla rejimin iqtisadi rıçaqlarını tam olaraq öz alində tutmaq məqsədi də güdür...
P.P.S. Qarabağda dinc həyata quruculuğuyla bağlı belə faktlar həm də Ermənistanın yaxın onilliklərdə Qarabağda genişmiqyaslı savaşın olmayacağından arxayınlığına dəlalət edir. Görünür, beynəlxalq güclər işğalçı ölkəyə bu haqda gizli zəmanət verib... Odur ki, terrorçu dövləti bundan sonra yalnız nəzarətində olan torpaqlarımız vasitəsilə mümkün qədər çox gəlir götürmək maraqlandırır...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət