Slimfit
  1. GÜNDƏM

Ermənistan prezidenti Azərbaycandakı "bir milyon erməni"dən danışdı

Ermənistan prezidenti Azərbaycandakı "bir milyon erməni"dən danışdı
Sakura

Ermənistan prezidenti Azərbaycandakı "bir milyon erməni"dən danışdı

Ermənistan prezidenti Armen Sarkisyanın Rusiyanın RBK telekanalına verdiyi müsahibə bir daha göstərdi ki, bu ölkənin siyasi rəhbərliyinin heç vaxt Qarabağla bağlı konstruktiv danışıqlar və ya münaqişəni uzlaşma əsasında həll etmək niyyəti olmayıb.

A. Sarkisyanın təcrübəsiz bir auditoriyanı azdırmağa çalışdığı, reallıqla zərrə qədər əlaqəsi olmayan ifadələri əslində təcavüzkar ölkənin həqiqi planlarından və real mövqeyindən xəbər verir.

Beləliklə, Sarkisyan ilk sözlərində bəyan edib ki, "Sovet İttifaqının rəhbərliyi Dağlıq Qarabağı Azərbaycan SSR-ə verdi". Halbuki 5 iyul 1921-ci ildə Qafqaz Bürosu tərəfindən qəbul edilmiş və qısa müddətdə RKP (b) Mərkəzi Komitəsi tərəfindən təsdiq edilmiş qərar, Dağlıq Qarabağın Azərbaycana təhvil verilməsi yox, bu ərazinin Azərbaycanın yurisdiksiyasında saxlanılması barədə idi.

Faktların təhrif edilməsi Ermənistan prezidentinin sonrakı açıqlamalarında da davam edib. Məsələn, o, iddia edib ki, 1920-ci ildə Dağlıq Qarabağda 350 min adam yaşayıb, bunun da 90% -i ermənilər olub, halbuki bütün mənbələrin məlumatına görə, 1921-ci ildə orada cəmi 135 min erməni yaşayıb.

Lakin o, bir məsələdə hər halda haqlıdır: 1990-cı ilə yaxın Dağlıq Qarabağ əhalisinin 90% -i ermənilər idi. Amma Sarkisyan belə bir etnik tərkibin azərbaycanlı yerli əhalinin bölgədən məqsədyönlü şəkildə təmizlənməsindən və qovulmasından sonra yarandığını dəqiqləşdirməyib.

Demoqrafik mövzu ilə saxtakarlıq edən Ermənistan lideri digər yalanlara da əl atıb. Xüsusən də utanıb-qızarmadan 1990-cı ildə Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) yalnız 150 min nəfərin yaşadığını, çünki ermənilərin "şərait olmadığı və erməni məktəbləri işləmədiyi üçün" bölgəni tərk etməyə başladıqlarını söyləyib.

Halbuki 1989-cu ilin Ümumittifaq siyahıyaalmasına görə, Qarabağda 188 min nəfər yaşayırdı və hələ 1923-cü il 31 iyul tarixində DQMV-də erməni dili rəsmi dilə çevrilmişdi. 1988-ci ildə vilayətdə böyük əksəriyyəti ermənilərin olan 207 ümumi təhsil məktəbi fəaliyyət göstərirdi.

Sonra Ermənistan prezidenti jurnalistə Azərbaycanda "ermənilərin etnik təmizlənməsi" barədə danışmağa başlayıb, bunun nəticəsində "bir milyondan çox erməni Azərbaycanı tərk edərək qaçqın oldu" deyib. Maraqlıdır, 1989-cu ilin siyahıyaalınmasına görə Azərbaycan SSR-də cəmi 390.505 erməni var idisə, bu “milyon erməni” haradan çıxdı?

Və beləcə davam edir: Dağlıq Qarabağ münaqişəsinin erməni versiyasına və bütün erməni tarixinin manipulyasiyaları və saxtalaşdırmalarına tam uyğun olaraq.

Başqa heç nə demirik, təqdim etdiyimiz video süjet özü hər şeyi deyir...

 

Mənbə: cebhe.info

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR