Dərc edildi: Baxış sayı: 478
Ermənistan nümayəndə heyəti Azərbaycana gəldi
“Çiçəklənən Ermənistan” Partiyasının nümayəndə heyəti bir gün əvvəl Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.
Publika.az xəbər verir ki, bu haqda “Jamanak” qəzeti yazıb.
Nəşr qeyd edir ki, səfərin məqsədi qondarma quruma öz dəstəyini növbəti dəfə ifadə etməkdir.
“Lakin, mümkündür ki, partiya elə vəziyyətə düşüb ki, onun özü Qarabağ hakimiyyətinin köməyini gözləyir. Amma bu, indiki anda çox real deyil”, - nəşr yazıb.
Qeyd edək ki, “Çiçəklənən Ermənistan” Partiyasına milyarder Qagik Çarukyan rəhbərlik edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət