Dərc edildi: Baxış sayı: 368
Ermənistan Milli Təhlükəsizlik Xidməti Əks Kəşfiyyat Departamentinin rəhbəri işdən çıxarılıb
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Əks Kəşfiyyat Departamentinin rəhbəri, general-mayor Ovanes Karumyan vəzifəsindən azad edilib.
Ens.az APA-nın məlumatına istinadən xəbər verir ki, O. Karumyanın işdən çıxarılmasının səbəbi açıqlanmır.
Qeyd edək ki, oktyabrın 26-da Ermənistan MTX Sərhəd Qoşunlarının Komandanı Vahinak Sarkisyan da işdən çıxarılıb.
Oktyabrın 8-də isə MTX direktoru Arqişti Kərəmyan istefaya göndərilmişdi.
Qeyd edək ki, bütün bunlar Dağlıq Qarabağda hərbi əməliyyatların gedişi fonunda baş verir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət