Slimfit
  1. HƏRB

Ermənistan Kəlbəcər rayonu sahəsindəki mövqelərimizi atəşə tutdu: Hərbçimiz şəhid oldu - RƏSMİ

Ermənistan Kəlbəcər rayonu sahəsindəki mövqelərimizi atəşə tutdu: Hərbçimiz şəhid oldu - RƏSMİ
Sakura

Ermənistan Kəlbəcər rayonu sahəsindəki mövqelərimizi atəşə tutdu: Hərbçimiz şəhid oldu - RƏSMİ

İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.

Ens.az xəbər verirki,bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.

Hazırda qeyd olunan istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri həyata keçirilir.

Ermənistan tərəfi bu kimi təxribat yolu ilə qəsdən iki ölkənin dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdür.

Baş vermiş təxribata görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR