Slimfit
  1. GÜNDƏM

Ermənistan indi də İrana “qarmaq atır”

Ermənistan indi də İrana “qarmaq atır”
Sakura

Ermənistan indi də İrana “qarmaq atır”

İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneyinin, ardınca Prezident Həsən Ruhaninin birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi rəsmi İrəvan üçün gözlənilməz olub. 

Ens.az Yenisabah.az-a istinadən xəbər verir ki, Qarabağda yeni eskalasiya başlayandan bu yana Rusiya ilə yanaşı İranı da münaqişəyə cəlb etmək istəyən Ermənistanın siyasi rəhbərliyi Xameneyi və Ruhaninin açıqlamasından sonra Tehranla Türkiyə və Azərbaycanı üz-üzə qoymağa çalışır.

Ermənistan mediasi iddia edir ki, İran münaqişəyə müdaxilə etmək məcburiyyətindədir. Bunun üçün İran-Azərbaycan sərhədini az qala terror laboratiyası kimi təqdim edən erməni mediası İranın buna səssiz qalmayacağını bildirir. Hərçəndi Qarabağ bölgəsində terrorçu qruplaşmalardan istifadə edən Ermənistandır. Özü də bu qruplaşmaların arasında PKK yaraqlıları üstünlük təşkil edir. Məlumat üçün deyək ki, PKK yalnız Türkiyə üçün təhlükə törətmir. Bu terror təşkilatı həm də Tehran üçün başağrısıdır. PKK İranın Kürdüstan vilayətini yaradılacaq kürd dövlətinin tərkibində görür.

Digər tərəfdən, İranla Azərbaycanın münasibətləri düşmənçilik səviyyəsində deyil. Erməni mediası Tehranla Bakı arasında düşmənçilik toxumu səpmək cəhdlərinə baxmayaraq iki ölkə arasında qarşılıqlı əməkdaşlıq var.

İran-Türkiyə  münasibətləri də erməni propaqandasında göstərildiyi kimi faciəvi şəkildə deyil.

Erməni ekspertlər İran liderlərinin onlar üçün gözlənilməz olan açıqlamalarına maraqlı yanaşma sərgiləyirlər.

Şərqşünas Karine Qevorkyan “Sputnik Armeniya”ya deyib ki, İran liderlərinin bütün açıqlamalarını fars dilində oxuyub, araşdırıb və bu qənaətə gəlib ki, rəsmi Tehran məsələyə beynəlxalq hüquq çərçivəsində yanaşıb.

“Fars dilində bütün açıqlamaları araşdırdım. Deməliyəm ki, İran beynəlxalq hüququn ritorikasına sadiqdir və bundan kənara çıxmır. Açırlamalarda xüsusilə sərt ifadələr yoxdur, heç bir tərəfə üstünlük verilməyib”, - deyə o bildirib.

Qevokyan bu yanaşması ilə əslində Azərbaycanın Qarabağ məsələsində haqlı mövqedə olduğunu etiraf edib.

Əgər İran liderlərinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlamaları beynəlxalq hüquqa söykənirsə, o zaman Ermənistanın Dağlıq Qarabağ iddiası bunun əksidir və deməli, İrəvan işğalçılıq siyasəti yürüdür.   

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR