Ermənistan Goranboya qadağan olunmuş bombalar atıb
2020-ci il 04-08 oktyabr tarixlərində ANAMA-nın xüsusi mobil əməliyyat qrupları tərəfindən Goranboy rayonu ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 10 ədəd 9M528 raketi (SMERC) aşkar olunub.
Ens.az xəbər verir ki, ANAMA-dan APA-ya verilən məlumata görə, həmin raketlərdən 3 ədədinin içərisindən 9M525 bombacıqlarına rast gəlinib.
“Bu bombacıqlar da “Kaset sursatlar haqqında konvensiya”ya görə qadağan olunmuş sursatlar sinfinə daxildir. Həmçinin qeyd olunan ərazidə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9M525 kaset tipli raketinin “bombacıqları daşıma konteyneri və paylama boruları”nın da aşkarlanması bu tipli raketlərin istifadəsini təsdiq edən amillərdəndir”, - deyə məlumatda qeyd olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət