Ermənistan dünya çempionatına ev sahibliyi hüququndan məhrum edilə bilər
İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı insident səbəbindən Ermənistan ağır atletika üzrə dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum edilə bilər.
"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib.
"Ən üzücü hal odur ki, biz az qala dünən, hətta hadisədən əvvəl 2024-cü il dünya çempionatına ev sahibliyi etmək hüququnu aldıq. Bu, bizim üçün müstəsna bir fürsət olardı", - nazir müavini deyib.
Qeyd edək ki, dünən axşam İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan Azərbaycan bayrağını bayraqdarın əlindən qopararaq yandırıb, sonra onunla birlikdə qaçıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət