Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib
Ermənistan hakimiyyəti KTMT Parlament Assambleyasının Moskva vilayətində “Crocus City Hall” konsert zalında törədilən terror aktını pisləyən bəyanatına qoşulmayıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə respublika parlamentinin spikerinin mətbuat katibi Nelli Qulyan bildirib.
Onun sözlərinə görə, “İrəvan KTMT-nin təklifini rədd edib, çünki dövlət təşkilatda iştirakını dondurub.
Qulyan Ermənistanın Moskva vilayətində terror aktı ilə bağlı bəyanata qoşulmaqdan imtina etməsini sırf KTMT ilə bağlı məsələlərlə əlaqələndirib. O vurğulayıb ki, respublika rəhbərliyi “Crocus City Hall”da baş vermiş faciə ilə bağlı dəqiq mövqe nümayiş etdirib. Xüsusilə parlamentin spikeri Alen Simonyan öz “Telegram” kanalında başsağlığı verib.
Mənbə: news.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət