Slimfit
  1. İDMAN

Ermənistan bununla sübut etdi ki... - Federasiya katibi

Ermənistan bununla sübut etdi ki... - Federasiya katibi
Sakura

Ermənistan bununla sübut etdi ki... - Federasiya katibi

Ermənistanın paytaxtı İrəvanda Azərbaycan Bayrağının yandırılması açıq-aşkar vandalizm aktıdır. Bu ölkə bununla terroru, vandalizmi dəstəkləyən, sülhün və təhlükəsizliyin tərəfdarı olmadığını sübut etdi.

Axar.az xəbər verir ki, bu sözləri İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirak etməkdən imtina edərək Gürcüstana, oradan da vətənə qayıdan Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov jurnalistlərə açıqlamasında deyib.

Bildirib ki, İrəvanda keçirilən Avropa çempionatı 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya oyunlarına lisenziya xarakterli idi:

“Azərbaycan idmançıları bu çempionata çox ciddi hazırlaşmışdılar. Sanki bunu ermənilər də yaxşı başa düşürdülər. Lakin çempionatın açılış mərasimində Azərbaycan Bayrağının yandırılması idmançılarımızın psixoloji durumuma çox pis təsir göstərdi. Ona görə də nümayəndə heyəti çempionatda iştirak etməkdən imtina etdi”.

Rizvan Rəsulov bununla bağlı federasiyanın rəhbərliyinə və digər müvafiq dövlət orqanlarına müraciət edildiyini bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR