Dərc edildi: Baxış sayı: 193
Ermənistan bu ölkələrlə hərbi əməkdaşlıq müqaviləsi imzaladı
Ermənistan Müdafiə Nazirliyi Yunanıstan və Kiprlə 2024-cü il üçün hərbi əməkdaşlıq müqavilələrinin bağlandığını açıqlayıb.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə “İnterfaks”məlumat yayıb.
Bildirilib ki, sazişlər Ermənistanın müdafiə naziri Suren Papikyanın Yunanıstan və Kiprə rəsmi səfərlərindən sonra imzalanıb.
Papikyan iki ölkənin baş qərargahlarının nümayəndələri ilə görüşlər keçirib və regional təhlükəsizlik məsələlərini müzakirə edib. Danışıqlar nəticəsində tərəflər arasında 2024-cü il üçün ikitərəfli və üçtərəfli əməkdaşlığa dair sazişlər imzalanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət