Slimfit
  1. SİYASƏT

"Ermənistan Azərbaycanla təmasları bərpa etməyə hazırdır" - Mirzoyan

"Ermənistan Azərbaycanla təmasları bərpa etməyə hazırdır" - Mirzoyan
Sakura

"Ermənistan Azərbaycanla təmasları bərpa etməyə hazırdır" - Mirzoyan

"Ermənistan Azərbaycanla təmasları bərpa etməyə hazırdır".

Redaktor.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib.

“Ermənistan tərəfi görüşləri bərpa etməyə hazırdır. Lakin hətta birbaşa təmasların dayandırılması şəraitində belə, danışıqlar prosesi heç vaxt kəsilməyib. Bu müddət ərzində tərəflər bir neçə dəfə sülh müqaviləsinin mətni ilə bağlı təkliflər mübadiləsi aparıblar", - nazir bildirib.

Mirzoyan qeyd edib ki, sülh və sabitlikdə maraqlı olan vasitəçilər, tərəfdaşlar tərəfindən yeni görüşlər üçün təkliflər var və belə görüşlər yaxın vaxtlarda baş tutacaq.

Xatırladaq ki, İrəvan və Bakının yeni görüşün keçirilməsi barədə razılığa gəldiyini bu gün Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, görüşün dəqiq vaxtı hələ dəqiqləşdirilməyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR