Slimfit
  1. DÜNYA

Ermənistan 30 ildir davam edən standart müharibədən başqa daha hansı müharibəni aparır?

Ermənistan 30 ildir davam edən standart müharibədən başqa daha hansı müharibəni aparır?
Sakura

Ermənistan 30 ildir davam edən standart müharibədən başqa daha hansı müharibəni aparır?

Rusiyanın lenta.ru saytı Dağlıq Qarabağın qondarma "müstəqillik bəyannaməsi”nin qəbul edilməsinin 28-ci il dönümünə həsr olunmuş "Bütün həyat – müharibə” başlıqlı material dərc edib. Material həm münaqişə, həm də Azərbaycanın özü və bütövlükdə azərbaycanlılar haqqında təhrif olunmuş məlumatlarla doludur. 
 
Nəşr dini amilin Azərbaycan və Ermənistanın münaqişənin həllində kompromisə getməməsinin səbəblərindən biri olduğunu qeyd edir. Lenta.ru qondarma "qarabağlılar”a istinadla qeyd edir ki, Qarabağda "Bakı başqa bir inama dözə bilməz”. Materialda həmçinin Azərbaycanın qaçqın və məcburi köçkünlərin sayının guya 574.9 min nəfər olması, o cümlədən onların 361.2 mininin işğal edilmiş 7 rayondan olması yalan məlumatlar göstərilib. Beləliklə, erməni lobbisinin alətinə lenta.ru həmişə olduğu kimi bu dəfə də onları "mələk" qismində təqdim etməyə çalışır...
 
Otuz ildir ki, davam edən Azərbaycan-Ermənistan müharibəsinin çox nəticələri var. Məsələn, siyasi politologiya, hərbi politologiya və hətta etno-politologiya və psixologiya ilə məşğul olanlar buradan özləri üçün çox qənaətlər əldə edə bilərlər.
 
İlk dövlərdə ermənilərin Dağlıq Qarabağ müstəvisində çıxardıqları oyunlara alışmaq çox çətin idi, məsələn, Xocalı faciəsindən təsvirlərin guya azərbaycanlıların ermənilərə qarşı vəhşiliyi kimi qələmə verilməsini görəndə adam bilmirdi ki, qəzəbindən durub nə etsin?.. 
 
Bu cür hərəkətlərdə elə bir həyasızlıq vardı ki, normal adam onları hətta təsəvvür etməyə çətinlik çəkirdi. 
 
Məsələn, ermənilər döyüş bölgəsində, birbaşa təmas xəttində çox böyük xaç abidələri yerləşdirmişdilər ki, mütərəqqi, humanist, xristian dünyasına müsəlman azərbaycanlıların xaçı neçə atəşə tutmasını nümayiş etdirsinlər! Razılaşın ki, belə bir oyun, belə bir fırıldaq ermənilərdən savayı bu regionda heç kimin ağlına gəlməz. Amma buna da alışmaq lazım gəlir, xüsusən də nəzərə alanda ki, xristian - müsəlman amili ermənilərin bu münaqişənin gedişində ən çox istifadə etməyə cəhd etdikləri "kart”lardan biri olubdur...
 
"Müsəlman azərbaycanlılar xristian ermənilərə dinc və rahat yaşamağa imkan vermir!”, "Xristianlığı birinci qəbul etmiş erməni xalqına bütün xristian dünyası yardım etməlidir!”, "Humanist xristian xalqı ilə müsəlman azərbaycanlılar birgə yaşaya bilməz!”, "Müsəlmanlar Dağlıq Qarabağda başqa bir dinin hakim olmasına dözümlü yanaşa bilməzlər!” və s. və i...
 
Bütün bunlar ermənilərin bu son otuz ildə dünyanın xristian kəsiminə sırımaq istədiyi yalanların heç də hamısı deyil, sadəcə, onların daha çox yadda qalanıdır. Bütün bunları eşidəndə, oxuyanda regiondakı vəziyyətə nabələd olan adamlarda belə dərhal sual yaranır: Azərbaycanda bu vaxta qədər dini zəmində hər hansı münaqişə olubmu? 
 
Məsələ bundadır ki, olmayıb. Zaman-zaman çar hökuməti bizim bölgəyə provaslav rusları, protestant almanları köçürüb. Bu insanlar on, bəzən də yüz illərlə müsəlman azərbaycanlılarla yanaşı, birgə yaşayıblar və heç bir münaqişə olmayıb. Bakı Cənubi Qafqazın bəlkə də ən çox konfessiyalı şəhəri olub – burada sadaladığımız dinlərdən və inanclardan savayı katoliklər və yəhudilər də olub. Düşünürük ki, bu konteksdə yəhudi məsələsini xüsusilə qeyd etmək lazımdır. Dünyanın ən mötədil ölkələri belə yəhudi məsələsinə həmişə çox həssas olublar. 
 
Bəzən dünyanın elə bir şəhərində yəhudi qırğınları törədilib ki, adam hətta buna inanmağa belə çətinlik çəkir. Amma Bakıda və yaxud da Azərbaycanda belə şey olubmu? Yox, olmayıb. Bu azmış kimi, bu gün Cənubi Qafqazda yəhudilərin yaşadığı yeganə ölkə Azərbaycandır və hesab edirik ki, bu faktın özü artıq çox şeyləri deyir. 
 
Üstəlik, son illərdə Azərbaycanın "tolerantlıq və multikulturalizm modeli” milli sərhədləri belə aşıb, dünyanın ən müxtəlif siyasi və tədris mərkəzlərində buna çox böyük maraq göstərirlər. Məgər təkcə bunun özü azdırmı? Məgər bütün bu reallıqlar erməni yalanını tamamilə ifşa etmirmi?.. 
 
Əlbəttə ki, edir. Sadəcə, ermənilərin bu təbliğatı məlumatsızlığa tuşlanlıb – insanların heç də hamısının bu və ya digər məsələlərlə bağlı məlumatı eyni qədər deyil və bəzən ermənilərin yalanlarına inanlar da tapılır.
 
Həm də bu yalanlar onların işinin hamısı deyildir. Təsəvvür edin ki, son bir əsrdə bu insanlar "soyqırımı"na məruz qalan ermənilərin sayını bir neçə dəfə artırıblar. Bunlara deyilir ki, axı əsrin əvvəlində dünyada, xüsusən də bir ölkədə - Türkiyədə bu qədər erməni yox idi! Amma təsiri yoxdur və bu adamların sayəsində hətta "soyqırımı”na məruz qalmış ermənilər belə artıb – çoxalırlar!..
 
Eyni siyasət Qarabağ müstəvisində də davam edir. Elə bu günlərdə Rusiya saytlarının birində Dağlıq Qarabağın azərbaycanlı icmasının sayı kəskin şəkildə azaldılmışdı. Bunun səbəbini başa düşmək elə də çətin məsələ deyil - ermənilərin Dağlıq Qarabağın erməni icmasının "haqq”larını gündəmə gətirməsi əlbəttə ki, azərbaycanlı icmasını da yada salır və elə buna görə də bir gün ermənilər desə ki, Dağlıq Qarabağda, ümumiyyətlə, azərbaycanlı yaşamayıb, buna da təəccüblənmək lazım deyil, çünki onlar artıq buna adət ediblər. Ən əsasısa onların yalanlarına çox təəssüf, bəzi yerlərdə "tələbat" var, əks təqdirdə bu cür yalanlar bəzi Rusiya saytlarına yol tapmazdı...
 
"Qaynar" Analitik Qrupu
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR