Dərc edildi: Baxış sayı: 246
Ermənipərəst senatorun məhkəməsi bu tarixdə olacaq
Korrupsiyada ittiham olunan ermənipərəst amerikalı senator Robert Menendezin məhkəməsi növbəti ilin mayın 6-da keçiriləcək.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə CNBC"televiziya kanalı məlumat verib.
Qeyd edək ki, Nyu Cersi demokratı korrupsiyada, o cümlədən Misir hakimiyyətinə külli miqdarda rüşvət verməkdə və iş adamlarına cinayət işini dayandırmağa kömək etməkdə ittiham olunur.
ABŞ Konqresindəki ermənipərəst senator Bob Menendez, həyat yoldaşı və daha iki nəfər sentyabrın 27-də keçirilən məhkəmədə girov müqabilində zaminə buraxılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət