Dərc edildi: Baxış sayı: 514
Ermənin politoloq: “Qarabağın beynəlxalq şəkildə tanınması heç vaxt olmayacaq”
Bir neçə gün bundan öncə “Sasna Tsrer” partiyası Ermənistan və qondarma qurumun “təhlükəsizlik şuraları”nın birgə iclasının keçirilməsinə toxunaraq bəyanat yayıb.
Yayılmış bəyanatda partiya narahatlıqla bildirib ki, Paşinyanın səsləndirdiyi bəyanatlar onun Qarabağ məsələsində ziddiyət bataqlığında batdığı nəticəsinə gəlməyə məcbur edir.
Erməni politoloq Aleksandr Kananyanın sözlərinə görə, güman etmək olar ki, Paşinyan səsləndirdiyi bəyanatları hər şeydən əvvəl danışıqlar prosesində zaman qazanmaq üçün edir.
“Qarabağın (qondarma qurum-red.) beynəlxalq şəkildə tanınması heç vaxt olmayacaq. Qarabağın hər hansı formada tanınması milləti dəhşətli məhvə aparan hadisə ola bilər. Yeri gəlmişkən, son on il ərzində baş vermiş bütün tanınmalar yalnız qismən idi, yəni, bir və ya bir neçə dövlət tərəfindən (tanınmamış qondarma qurumlar nəzərdə tutulur-red.) olub və bu yeni tanınmış dövlət BMT-nin üzvü olmayıb. Görünür, Paşinyan sadəcə zaman qazanmaq istəyir. Bəlkə də hansısa kəsinti ilə bu cür zaman qazanmaq olar, lakin bunun qiyməti də həm bu hökumət, həm də Ermənistan üçün çox yüksək və arzuolunmaz ola bilər”, - deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət