Slimfit
  1. SİYASƏT

Ermənilərin yeganə çıxış yolu budur – İcma sədri

Ermənilərin yeganə çıxış yolu budur – İcma sədri
Sakura

Ermənilərin yeganə çıxış yolu budur – İcma sədri

Prezident İlham Əliyevin "Valday" klubunda qətiyyətli bəyanatı Dağlıq Qarabağdan məcburi köçkün düşmüş, etnik təmizləməyə məruz qalmış azərbaycanlıları çox sevindirib.

Axar.az xəbər verir ki, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında keçirilən “Qarabağ Azərbaycandır və nida” adlı konfransda çıxışı zamanı deyib.

“Bayrağımızı Şuşada, Xankəndidə, Qarabağda dalğalandıracağımız gün uzaqda deyil. Biz ölkə başçısının müdrik xarici siyasətindən nümunə götürməli, bunu gündəlik həyatımızla bağlamalıyıq. Sosial şəbəkələrdə, informasiya müharibəsi gedən bütün platformalarda bu fəaliyyəti davam etdirməliyik”, - icma sədri qeyd edib.

T.Gəncəliyevin sözlərinə görə, ölkə başçısı ermənilərə ikinci böyük zərbəni Aşqabbadda - MDB-nin Zirvə toplantısında vurub:

“Cinayətkar ünsürlər bu qətiyyətli bəyanatlardan dərs götürməli, tezliklə işğalçı qüvvələrini torpaqlarımızdan çıxarmalıdırlar.

Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qəbul edib, bayrağımız altında yaşamağa razılıq verməkdir. Ölkə başçısının bəyanatı erməni icmasına da ünvanlanır ki, onlar yatdıqları yuxudan ayılsınlar, işğalçı rejimdən qurtulub, Azərbaycan ərazilərinin suverenliyi çərçivəsində bizimlə bir yerdə yaşamağın vacibliyini anlasınlar. Əks halda hər keçən gün onları daha da uçuruma aparır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR