Dərc edildi: Baxış sayı: 328
Ermənilərin revanşist əməlləri hər gün güclənir - Səfir
Ermənistan telekanalları Azərbaycan əsgərlərinin hədəfdə qalmasını əks etdirən kadrları paylaşır. Bu, Ermənistanın növbəti təxribatı və eskalasiyaya gətirib çıxara biləcək çağırışdır.
Axar.az xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Tvitter səhifəsində növbəti erməni təxribatı barədə yazıb.
“Ermənilərin əvvəlcədən düşünülmüş revanşist əməlləri günü-gündən güclənir və insan tələfatına səbəb olur. Təcavüz dayandırılmalıdır”, - diplomat bildirib.
Qeyd edək ki, erməni hərbçiləri snayper tüfənginin nişangahı ilə əsgərlərimizi nişan alıb və bunu kamera ilə çəkərək sosial mediada paylaşıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət