Slimfit
  1. DÜNYA

Ermənilərin növbəti "5 rayon qaytarılır" oyunu - Aşotyan

Ermənilərin növbəti "5 rayon qaytarılır" oyunu - Aşotyan
Sakura

Ermənilərin növbəti "5 rayon qaytarılır" oyunu - Aşotyan

Ermənistanın keçmiş təhsil və elm naziri Armen Aşotyan Feysbuk hesabında sensasion xarakterli paylaşım edib.

Axar.az xəbər verir ki, Aşotyan Ermənistan rəhbərliyinin işğal altındakı 5 rayonu qaytarmağa hazırlaşdığını iddia edib.

“Mən sadəcə yazıram ki, sonradan “bizə xəbərdarlıq edilməyib” deməsinlər”, - keçmiş nazir deyib.

Onun sözlərinə görə, baş nazir və XİN rəhbəri Qarabağın təhlükəsizliyi və statusu barədə qəti zəmanət verilmədən 5 rayonun qaytarılması ilə bağlı qəfil qərar qəbul edə bilməzlər.

Aşotyan Ermənistanın hazırkı rəhbərliyinə müraciət edərək yazıb: “Bizim xalqımız və ölkəmizlə zarafat etməyin. Xalq və biz bağışlamayacağıq, qəbul etməyəcəyik və etiraz edəcəyik”.

Qeyd edək ki, bu, Ermənistan siyasilərinin növbəti oyunudur və guya torpaqların işğaldan azad edilməsinə etirazlarıdır. Azərbaycan Prezidenti bu məsələ ilə bağlı mövqeyini qəti şəkildə ortaya qoyub: "Dağlıq Qarabağ Azərbaycandır və nida!"

Beş və ya yeddi rayon deyil, işğaldakı bütün torpaqların geri qayıtması və Azərbaycanın ərazi bütövlüyünün təminatı müzakirə mövzusudur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR