Ermənilərin Laçında törətdikləri təxribatda yaralanan hərbçimizin son durumu açıqlandı
İyunun 16-da Dövlət Sərhəd Xidməti (DSX) rəisinin tapşırığına uyğun olaraq DSX rəisinin müavini general-leytenant Cavid Abdullayev Laçın dövlət sərhədindən buraxılış məntəqəsində Ermənistanın təxribatı nəticəsində yaralanan və hazırda müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilən hərbi qulluqçu Rüstəmov Elşən Raddin oğlunu ziyarət edib.
DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Həkimlər bildirib ki, hazırda hərbi qulluqçunun vəziyyəti stabildir və həyati təhlükəsi yoxdur.
“Hərbi qulluqçu DSX-nin rəhbəliyinə və Kliniki Tibbi Mərkəzin tibb heyətinə göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirib. Müalicə-bərpa müddəti başa çatdıqdan sonra xidmətə qayıdacağını və sərhədlərimizin mühafizəsini şərəflə yerinə yetirəcəyini ifadə edib”, - məlumatda qeyd olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət