Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Ermənilərin girov götürdüyü 20 qadını təkbaşına azad edən şəhid

Ermənilərin girov götürdüyü 20 qadını təkbaşına azad edən şəhid
Sakura

Ermənilərin girov götürdüyü 20 qadını təkbaşına azad edən şəhid

İlqar Nurəddin oğlu Allahyarov 1968-ci ildə Laçın rayonunun Alıqulu kəndində doğulub. 1986-cı ildə orta məktəbi bitirdikdən sonra Moskva şəhərində hərbi xidmət keçib.

Hərbi xidmətini başa vurduqdan sonra 1990-cı ildən rayon Polis Şöbəsində işləyib və rayonun işğalı ilə əlaqədar erməni təcavüzkarlarına qarşı döyüş əməliyyatlarında fərqlənib. Fərəcan, Ağanus kəndləri ərazisində mühasirəni yararaq ermənilərin girov götürdüyü 15-20 nəfər qadını təkbaşına azad edən Nurəddin, Laçının ilk şəhidlərindən olan Təvəkkülün nəşini döyüş bölgəsindən çıxarıb. Hoçaz yüksəkliyi uğrunda gedən döyüş zamanı düşmənin dörd tankını və xeyli texnikasını məhv edib. Alxaslı kəndi ətrafında mühasirəyə düşən milli ordunun xeyli sayda əsgərini Qırmıq körpüsündən keçirərək xilas edib.

1994-cü il fevralın 10-da Füzuli bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə qovuşub. Bakı şəhəri Şəhidlər xiyabanında dəfn olunub. Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli sırıncamına görə, “Vətən uğrunda” medalı ilə təltif edilib.

Mənbə: Mübarizim.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR