Slimfit
  1. CƏMİYYƏT

Ermənilərin əsir götürdüyü Bayramın anası: “Övladımın həsrətinə dözə bilmirəm”

Ermənilərin əsir götürdüyü Bayramın anası: “Övladımın həsrətinə dözə bilmirəm”
Sakura

Ermənilərin əsir götürdüyü Bayramın anası: “Övladımın həsrətinə dözə bilmirəm”

“Nəvəm atasının gödəkçəsini qucaqlayıb yatır və onu istəyir”.

Bunu Ermənistan silahlı birləşmələri tərəfindən 44 günlük Vətən Müharibəsi zamanı əsir götürülmüş əsgər, Gəncə şəhər sakini Bayram Kərimovun anası Zülfiyyə Kərimova Report-a müsahibəsində bildirib.

O, övladının əsir düşdüyünü baldızından öyrəndiyini deyib:

“Ermənilər Bayramın yaralı halda əsir götürüldüyünün nümayiş olunduğu video yaymışdılar. Üç yaşlı nəvəm hər dəfə qapı döyüləndə “atam gəldi” deyir. Biz onun həsrətinə dözə bilmirik.

Oğlum ağır yaralıdır, indi onun nə halda olduğunu bilmirik. Görəsən, ona necə baxırlar, necə rəftar edirlər? Xahiş edirəm, bizə yardım göstərilsin, övladım əsirlikdən qurtarılsın”.

Z.Kərimova oğlu ilə yanaşı, əsgər yoldaşı Amin Musayevin də əsir düşdüyünü vurğulayıb:

“Onun da, övladımın da geri qaytarılmasını istəyirik”.

“Bayram könüllü olaraq müharibəyə gedib. Digər oğlum da səfərbərlik zamanı çağırılmışdı və hazırda hərbi xidmətdədir. O da qardaşının yolunu gözləyir”, - hərbi əsirin anası söyləyib.

Qeyd edək ki, Bayram Kərimov və Amin Musayev yaralı halda ermənilər tərəfindən əsir götürülüb və bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR