Ermənilərin Ərdoğana qəfil hücumu - Qarabağa görə
Erməni mətbuatı və Rusiyanın bir sıra ermənipərəst KİV-ləri qəfildən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hücum ediblər.
İstiPress-in məlumatına görə, belə hücum məqalələrindən birinin müəllifi Rusiyanın ermənipərəst “Regnum” portalının şərhçisi Stanislav Tarasovdur.
Erməni Apostol Kilsəsinin İstanbul partiarxının seçkilərindən bəhs edən məqalədə Türkiyə prezideenti Rəcəb Tayyib Ərdoğanın bu vəzifəyə öz adamı olan Aram Ateşyanı seçdirmək niyyətində olduğu vurğulanır. “Bir sıra erməni ekspertləri ehtmal edirlər ki, İstanbul patriarxı bir sıra məsələlərin həllində Türkiyə hakimiyyətinin əlində alətdir”,- deyə Tarasov vurğulayır.
Məqalə müəllifi iddia edir ki, Eçmiadzin İstanbul patriarxı vəzifəsinə öz adamını seçdirmək istəyir ki, ermənilər üçün ciddi məsələlərdə Ərdoğana təsir göstərə bilsir. Tarasovun fikrincə, bu, Qarabağ məsələsi ilə bağlıdır və ermənilərin niyyəti baş tutarsa, Azərbaycan problemi təkbaşına həll etməli olacaq. Guya Türkiyədə cəmi 100 min erməni var və bu ölkə üçün erməni problemi yoxdur və s…
Rusiyanın “Vestnik Kavkaza” portalı da məsələyə toxunub və ermənilərin belə oyunlarla diqqəti Qarabağ məsələsinə yönəltmək niyyətində olduğu vurğulanıb. Portalın milliyyətcə erməni olan müəllifi Mamikon Babayan ədalət hissini itirmədən bildirir ki, erməni siyasi elitası Azərbaycan torpaqlarının işğalına “azadlıq uğrunda” mübarizə donu geyindirməyə çalışır və bu məsələyə hazırkı prezident Armen Sarkisyan da qoşulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət