Ermənilərin cəhdləri baş tutmadı - Los Anceles polisi rəsmən bəyan etdi
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun səyləri öz nəticəsini verdi. Los Anceles polisi rəsmən bəyan etdi ki, ermənilər azərbaycanlılara hücum edib və törədilən cinayətlər daha ağır maddə olan “nifrət zəmnində olan cinayət” kimi araşdırılır.
Ens.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu Nəsimi Ağayev məlumat verib. Konsul qeyd edib ki, ermənilərin özünü haqlı çıxartmaq cəhdləri baş tutmayıb:
“Neçə gündür erməni daşnakları guya azərbaycanlıların onlara hücum etdiyini iddia edərək, öz cinayətlərini ört-basdır etməyə, yerli ictimaiyyəti aldatmağa çalışırdılar. Ancaq Los Anceles polisinin bəyanatı bütün bu yalanlara son qoydu. Artıq burada hamı kimin haqlı, kimin haqsız olduğunu bildi!”
Xatırladaq ki, erməni radikal qrupları Azərbaycan Respublikasının Los Anceles şəhərindəki Baş Konsulluğunun yerləşdiyi binanı əhatəyə alaraq Azərbaycana qarşı aqressiv formada təxribatçı şüarlarla müşayiət olunan etiraz aksiyası keçirib. Aqressiv erməni nümayişçilərin Baş Konsulluğun önündə dinc aksiya keçirən və sayca onlardan qat-qat az olan Azərbaycan icması üzvlərinə hücum edib və biri qadın olmaqla yeddi nəfər Azərbaycanlının müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ermənilər həmyerlilərimizə qarşı zorakılıq və aqressiya nümayiş etdirməyə başlayıblar. Təhlükəsizliyi təmin etmək üçün Los Anceles Polis idarəsinin əməkdaşları onların ətrafına düzülüb.
Baş konsul Nəsimi Ağayev xəstəxanaya gedərək xəsarət alan həmyerlilərimizlə görüşüb və erməni cinayətkarların məsuliyyətə cəlb olunması üçün bütün lazımi tədbirlərin görüldüyünü bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət