Slimfit
  1. GÜNDƏM

Erməniləri Qarabağda gücləndirən Sara kimdir?

Erməniləri Qarabağda gücləndirən Sara kimdir?
Sakura

Erməniləri Qarabağda gücləndirən Sara kimdir?

Məşhur “Vol Strit” jurnalında erməni əsilli amerikalı hüquqşünas Sara Lea Uitson haqda sensasion məqalə dərc edilib.

Axar.az xəbər verir ki, professor Eugene Kontoroviçin müəllifi olduğu məqalədə İnsan Haqları Müdafiəsi (Human Rights Watch) təşkilatının və onun Yaxın Şərq və Şimali Afrika üzrə rəhbəri olan S.L.Uitsonun ikili standart yürütməsi tənqid olunub:

“Sara Uitson İsrailin İordan çayının Qərb sahilində mövcudluğunu kəskin tənqid edənlərdən biridir. O, ehtimal olunan işğal və məskunlaşma cinayətlərinə görə beynəlxalq ittihamlar irəli sürür.

Xanım Uitsonun dəstək ocaqlarından biri də 1994-cü ilə qədər Azərbaycanın hüdudlarında olan və uzun sürən müharibədən sonra Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisidir. O vaxtdan bəri Ermənistan rəhbərliyi sözügedən ərazilərə sakinlərin yerləşdirilməsini açıq-aşkar müdafiə edir. Bir çox erməni Qarabağı tarixi vətənləri hesab edir. Lakin Birləşmiş Millətlər Təşkilatı, beynəlxalq məhkəmələr və ABŞ onu Azərbaycanın işğal edilmiş ərazisi sayır”, - nəşr bildirib.

Nəşrin yazdığına görə, erməni ailəsində böyüyən, Qarabağı “erməni yurdunun ayrılmaz hissəsi” olaraq görən xanım Uitson İsrailə qarşı sərt mövqeyi ilə seçilir. O, İsrailin İordan çayının Qərb sahilidə məskunklaşmasına, yəni yəhudilər üçün yaşayış evləri tikməsinə və bu yolla da həmin ərazini özününküləşdirməsinə kəskin etiraz edir. Lakin özü 2018-ci ildə Dağlıq Qarabağı Ermənistanın ayrılmaz tərk hissəsi hesab edən Amerika Erməniləri Milli Komitəsi üçün ianə kampaniyası keçirib.

Xanım Uitsona sərgilədiyi qərəzli mövqeyin səbəbini soruşduqda isə o belə cavab verib: “Erməni diaspor təşkilatlarına şəxsi dəstəyimin səbəbi onların Ermənistandakı xeyriyyəçilik və maarifləndirmə işlərinə və “erməni soyqırımı”nın tanınması üçün göstərdikləri səylərə görədir”.

Lakin xanım hüquqşünas yalan deyir. Onun dəstəyi nəinki maarifləndirmə və xeyriyyə sahələri ilə məhdudlaşmır, o, hətta Suriya ermənilərinin işğal olunmuş ərazilərdə yerləşdirilməsində iştirak edir. Ötən gün xanım Uitson bir erməni qurumunun bu istiqamətdəki fəaliyyətini də yüksək qiymətləndirib.

Qəribədir ki, İsraili işğalda ittiham edən S.L.Uitson gerçək işğalçını – Ermənistanı böyük məmnuniyyətlə dəstəkləyir və açıq-aşkar işğalçı mahiyyətini ortaya qoyur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR