Slimfit
  1. SİYASƏT

Ermənilər təşvişdə: Bakı hərbi xərcləri artırdı

Ermənilər təşvişdə: Bakı hərbi xərcləri artırdı
Sakura
:0

Ermənilər təşvişdə: Bakı hərbi xərcləri artırdı

Son günlərdə erməni mətbuatında ölkədəki təşviş ab-havasını əks etdirən çoxlu materiallar dərc olunur. Auditoriyanın müəyyən qismi Azərbaycanın müdafiə qabiliyyəti ilə bağlı rəsmi Bakının hərbi təlimlərinə və digər fəaliyyətlərinə çox qayğılı yanaşır.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, Ermənistanın “Milli gündəm” Partiyasının Təsisçilər Komitəsinin üzvü Avetik Çalabyan da Feysbuk hesabında Azərbaycanın hərbi xərclərini artırması məsələsinə toxunub.

“Roma Papasından daha böyük katolik olmağı arzulayan hökumətimiz hərbi büdcədən vəsaitləri başqa "dinc" məqsədlərə yönləndirərək haqlı olduqlarını izah etmək üçün səylərini əsirgəmir”, - Çalabyan bildirib.

Çalabyanın sözlərinə görə, oktyabrın 20-də Azərbaycanın 2020-ci il dövlət büdcəsi layihəsi dərc olunub. Belə ki, dövlət büdcəsi xərclərinin 1.7 faiz artdığı halda, müdafiə büdcəsi 20.9 faiz artaraq 2.67 milyard dollara çatdırılıb. Bu vəsaitin 945 milyon dolları isə silah alışı və hərbi investisiyalar üçün nəzərdə tutulub.

“Bunun nə olduğunu, düşmənin daha bir milyard dolları silah almaq üçün xərcləməklə nə edəcəyini anlamaq üçün alim olmağa gərək yoxdur”, - Çalabyan bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR