Ermənilər qazın qiymətinə görə hələ də Putinə yalvarırlar
Putin və Paşinyan Ermənistana verilən qazın qiymətini müzakirə edəcəklər. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Jamanak" qəzeti yazır.
Qəzetin yazdğına görə, Ermənistanın baş naziri Nikol Paşinyan cümə günü Moskvaya işgüzar səfər edir və qəzetin öz mənbələrinə istinadən verdiyi məlumatda qeyd olunur ki, Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasındakı görüşün əsas məqsədi qazın qiymətini müzakirə etməkdir.
"Ermənistan hakimiyyəti qazın qiymətinin eyni qalmasını təmin etmək istəyir, çünki tarif artımı təkcə əhalinin rifahına deyil, həm də iqtisadiyyatın inkişafına mənfi təsir göstərəcək", deyə nəşr qeyd edir.
"Qazprom" hazırda Ermənistana qazı 1000 kubmetr üçün 165 dollardan satır. Eyni zamanda əhali qazın min kubmetri üçün 290 dollar ödəyir.Ermənistan mediasında yayılan məlumatlara görə, Rusiya hakimiyyəti Ermənistan üçün qazın qiymətini 2020-ci il yanvarın 1-dən 30% artırmaq niyyətindədir. Bu isə həmin ölkə üçün heç arzuolunan deyil, hətta çox acınacaqlı sonluqlar vəd edir. Bu səbəbdən də ermənilər qazın qiymətinə görə hələ də Putinə yalvarırlar və Paşinyanın bu dəfəki Rusiya səfəri də elə Putinə yalvarmaq üçün təşkil edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət